Fransa səfirliyi qarşısında aksiyaya imkan verilmədi

Sizin brauzer HTML5-i dəstəkləmir

Yanvarın 25-də İctimai Palata Fransa Senatının «erməni soyqırımı»nın inkarının cinayət sayılması haqda qəbul etdiyi qanuna etiraz olaraq piket keçirmyə cəhd etdi.

Polis İctimai Palataya Fransanın Azərbaycandakı səfirliyi qarşısında piket keçirməyə imkan verməyib.

Yanvarın 25-də İctimai Palata Fransa Senatının «erməni soyqırımı»nın inkarının cinayət sayılması haqda qəbul etdiyi qanuna etiraz olaraq piket keçirmək istəyirdi.

Amma polis aksiya iştirakçıları ilə səfirliyin binası arasında sədd çəkib. Aksiya iştirakçıları bu səddi keçməyə cəhd edərkən polislə qarşıdurma yaranıb.

Aksiyaçılar Fransanın Azərbaycanın hakimiyyət təmsilçilərinə verdiyi medalları qaytarmağı və Parisdəki səfiri geri çağırmağı tələb ediblər.

İctimai Palata təmsilçiləri bildiriblər ki, bu cür aksiyalar davamlı olacaq.​