«Kəpəz» futbol klubu fəaliyyətini bərpa etdi

Yanvarın 11-dən intensiv məşqlərə başlayan «Kəpəz» klubu təlim-məşq toplanışını Türkiyədə davam etdirəcək.

Bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Türkiyədə komanda 3 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

Ötən ilin dekabrında «Kəpəz» futbol klubunun fəaliyyəti dayandırılmışdı.