Fransanın müdafiə naziri Gerard Longue Əfqanıstana gedib

Fransa hökuməti bundan bir gün öncə bildirib ki, Əfqanıstandakı hərbi heyətini bu ölkədən vaxtındanəvvəl də çıxara bilər.

Bu bəyanat yerli əsgərlərin 4 Fransa əsgərini küllələməsindən sonra verilib.

Müdafiə naziri Əfqanıstana çatan kimi bu insidentdə yaralanmış 12 Fransa əsgəriylə görüşüb.

Onun ölkə prezidenti Hamid Karzai və digər ölkə rəsmilərilə görüşü nəzərdə tutulub.