İran nüvə aliminin qətlinə görə BMT-dən də şübhələnir

İran nüvə  texnologiyaları aliminin ölümünə görə, Beynəlxalq Atom Enerjisi Agentliyini onun haqda məlumat sızdırmaqda ittiham edir.   Natanz nüvə zavodnun direktor müavini olan Mostafa Ahmadi Roshan  yanvarın 11-də Tehranda öldürülüb.
 
İranın BMT-dəki səfirinin müavini Eshagh Al Habib deyir ki, alimin qətlində BMT-dən sızdırılan məlumatlardan istifadə edilməsiylə bağlı şübhələnmək üçün çox ciddi əsasları var.  BMT iddiaları araşdırdığını bildirir.
 
İran qətli İSrail və ABŞ-ın xüsusi xidmət orqanlarının təşkil etdiyini də iddia edir.