Rusiya 2018-ci ildə azarkeşləri ölkəyə vizasız buraxacaq

Rusiya 2018-ci ildə ölkədə keçiriləcək futbol üzrə dünya çempionatına azarkeşləri vizasız buraxacaq.

Bunun üçün biletlər kifayətdir.

Bunu baş nazir Vladimir Putin azarkeşlərlə görüşdə deyib.

O həmçinin bildirib ki, azarkeşlər bu biletlər əsasında ölkə daxilində sərbəst hərəkət edə biləcəklər.

Moskva 2012-cil Avropa çempionatında Polşadan da eyni addımı gözləyir.

UEFA prezidenti Mişel Platini isə hesab edir ki, bu məsələni Polşa ilə Ukrayna həll etməli, onların razılığı gərəkdir.