Qəndəhar hava limanında partlayış törədilib,ölənlər var

Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanında törədilmiş partlayışda azı 7 adam ölüb.

Yerli rəhbərliyin məlumatına görə ölənlərin arasında qadın və uşaqlar da var.

B rayon hazırda NATO qüvvələrinin nəzarətindədir.

İntiharçı minalanmış maşını hava limanının girəcəyində partladıb.

Həmçinin NATO qüvvələri arasında itki olduğu bildirilir.