Sabah qar gözlənir

Bakı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın soyuyacağı, güclü şimal-qərb küləyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sulu qar , bəzi yerlərdə isə qar yağacağı və tempraturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Həmçinin rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Gücə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta gözlənilir.
Yollar buz bağlayacaq.