Banqladeşdə hərbi çevrilişin qarşısı alınıb

Banqladeşdə hərbi çevriliş cəhdinin qarşısı alınıb.

Silahlı qüvvələrin nümayəndəsi Masud Razzakın məlumatına görə, bir qrup zabit mülki hökuməti hakimiyyətdən kənarlaşdırmaq istəyirmişlər.

General onların dini fanatiklər olduqlarını deyir.

İstefada olan 2 zabit də daxil olmaqla bir neçə adamın həbs edildiyi xəbər verilir.