Almaniya rəsmisi deyir ki, Rusiya Suriyaya qarşı addımları əngəlləyir

Rusiya BMT-nin təhlükəsizlik şurasında Suriya rejiminə qarşı kəskin addımları qəsdən əngəlləyir.

Bunu Almaniyanın BMT-ki nümayəndəsi Peter Vittig Vaşinqtonda deyib.

O qeyd edib ki, Rusiya Suriya rejiminə qarşı qətnamə layihələrinin istənilən variantını əngəlləməklə açıq-aydın prezident Bashar Assadı dəstəkləyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl bildirib ki, Moskva ilə Pekin
Suriyaya xaricdən hərbi müdaxilə edilməsini nəzərdə tutan qətnamə qəbul edilməsinə imkan verməyəcəklər.