Putin müxalifətlə dialoqa hazır olduğunu deyir

Vladimir Putin

Rusiyanın baş naziri Vladimir Putin jurnalistlərlə görüşdə müxalifətlə dialoqa hazır olduğunu deyib.

O qeyd edib ki, bir çox müxalif baxışlı mədəniyyət xadimləri hökumətin mükafatlarından imtina ediblər.

O həmçinin qarşıdan gələn prezidemt seçkisinin maksimum şəffaf keçirilməsinə hazır olduğunu qeyd edib.

Putin bildirib ki, onsuz da seçkinin istənilən cür gedişindən narazı qalanlar olacaq və əksəriyyətin qərarına hörmətlə yanaşmaq lazımdır.