Baş prokuror Medvedevə seçki pozuntularıyla bağlı hesabat təqdim edib

Rusiyanın baş prokuroru Yuri Çayka çərşənbə günü prezident Dimitri Medvedevə Duma seçkisi zamanı pozuntularla bağlı hesabat təqdim edib.

Bu barədə AzadlıqRadiosunun müxbiri Maryana Toroçeşnikova xəbər verir.

Seçkinin hakim partiyanın xeyrinə saxtalaşdırıldığını iddia edən Rusiya müxalifəti yeni seçki keçirilməsini tələb edir.