Lavrov: "Qəbələ RLS-nin icarəsiylə bağlı fikir ayrılığı yoxdur"

Sergey Lavrov

Qəbələ RLS-in icarəsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında prinsipial fikir ayrılığı yoxdur.

ANS PRESS-in məlumatına görə, bunu çərşənbə günü Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

O qeyd edib ki, yaxın günlərdə hərbi nümayəndə heyətləri arasında bu məsələ ilə bağlı danışıqlar davam etdirilməlidir və söhbət konkret icarə haqqının parametrlərindən gedir, burda elə bir prinsipial problem yoxdur.