Bir əsgər öldü, ikisi yaralandı

Yanvarın 18-də Müdafiə Nazirliyinin hərbi hissəsində əsgərin əlində avtomatdan atəş açılıb. Bir hərbçi həlak olub, ikisi xəsarət alıb.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, əsgər Asiman Hüseynzadənin əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Şəhadət Quliyev ölüb. İki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Araşdırma aparılır. Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb. (apa)