Sabiq həbsxana rəisi həbs edilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi həbs edilib.

Bu barədə «APA»ya Salyan Rayon Polis Şöbəsindən bildirilib.

Cəzaçəkmə Müəssisənin sabiq rəisi Faiq Güləliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. O, bir neçə vətəndaşı işə düzəltmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsəyibmiş.

İstintaq davam etdirilir.