«Bakıelektrikşəbəkə» xəbərdarlıq etdi

«Debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı yanvarın 18-dən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq».

«Bakıelektrikşəbəkə» ASC-nin məlumatında belə deyilir.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı vasitəsilə «onlayn» olaraq həyata keçirilir.