Moldovada prezident seçkisi yenə də baş tutmadı

Moldovanın Konstitusiya məhkəməsi dekabrın 16-da parlamentdə keçirilmiş prezident seçkisini baş tutmamış elan edib.

Qərar gizli səsvermənin pozulduğunu deyən deputatlardan birinin iddiası əsasında qəbul edilib.

İkinci mərhələ yanvarın 15-nə təyin edilmişdi.

Əgər deputatlar bu dəfədə prezidenti seçə bilməsəydilər parlament buraxılacaqdı.

Amma məhkəmənin qərarından sonra ikinci mərhələ ləğv edilir və yeni seçki təyin ediləcək.