Ərəb Dövlətləri Liqası Suriyaya müşahidəçi göndərməyəcək

Ərəb Dövlətləri Liqası bundan sonra Suriyaya müşahidəçi göndərməyəcək.

Liqa bu qərarı həftənin əvvəlində Latakia şəhərində müşahidəçilərə olan hücumdan sonra verib. Həmin hücum vaxtı 11 müşahidəçi xəsarət almışdı.

Dünən isə Suriyanın Homs şəhərində fransalı telereportyor Gilles Jacquie öldürülüb. Bu, Suriyada əcnəbi jurnalistin ilk ölümüdür. Jacquie Suriyaya hakimiyyətin razılığı ilə gəlibmiş.

Fransa və Avropa Birliyi Suriya hakimiyyəti jurnalistin öldürülməsinə aydınlıq gətirməyə çağırıb.