ABŞ Əfqanıstan və Qətərə xüsusi nümayəndə göndərir

ABŞ-ın xüsusi nümayəndəsi Marc Grossman gələn həftə Əfqanıstan və Qətərə gedəcək.

Bu haqda ABŞ dövlət katibi Hillari Clinton məlumat verib.

Bir həftə əvvəl Taliban Qətərdə nümayəndəlik açacağını bildirmişdi.