Fransa Suriyanı jurnalistin öldürülməsinə aydınlıq gətirməyə çağırıb

Fransa və Avropa Birliyi Suriya hakimiyyətini fransalı telejurnalist Gilles Jacquierin Homsda öldürülməsinə aydınlıq gətirməyə çağırıb.

Suriya televiziyasının məlumatına görə, Homsda 8 adam ölüb, 20 nəfər yaralanıb.

Yaralılar arasında bir nəfər hollandiyalı jurnalist də var.

Homs Bashar Assad əleyhinə qızğın etiraz aksiyalarının keçirildiyi şəhərlərdən biridir.