Çexiya hökuməti kilsələrə kompensasiya ödəyəcək

Çexiya höküməti keçmiş kommunist rejimi dövründə əmlaklarının milliləşdirilməsinə görə, kilsələrə 2 milyard 300 milyon avro məbləğində kompensasiya ödəmək qərarına gəlib.

Qərarda həmçinin həmin dövrdə müsadirə edilmiş təxminən 3 milyard avroluq əmlakın qaytarılması və bunun 30 il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Amma keçid dövrü başa çatdığından hökumət din xadimlərinə maaş verilməsini dayandıracaq.

Qərarı parlament də təsdiq etməlidir.