Yəməndə silahlı hücum olub

Bu gün səhər Yəmənin Aden şəhərində hərbçilərin olduğu avtobusa silahlı hücum olub. Bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Hakimiyyət orqanlarından verilən məlumata görə, hücumun arxasında kimin dayandığı məlum deyil. Bununla belə hücumu terrorçuların törədəcəyi də istisna olunmur.

İslamçıların nəzarətində olan Yəmənin cənubunda bu cür hücumlar tez-tez baş verir.