Şimali Koreyada amnistiya elan edilib

Şimali Koreya rəhbərliyi vəfat edən kommunist liderlərinin ad günləri münasibətilə amnistiya élan edir. Rəsmi medianın yaydığı xəbərə görə, lider Kim Jong-Unun qərarı ilə, amnistiya fevralın 1-dən icra ediləcək və həbsdə olanlara aid olunacaq. Ancaq amnistiyadan nə qədər adamın, hansı əsaslarla yararlanacağı haqda məlumat verilmir.


Dekabrda vəfat edən Kim Jong-İlin fevralın 16-da 70 illiyi qeyd olunacaq.