APA-nın “Hollywood Reporter” nəşrinə istinadən verdiyi xəbərə görə, Oskar mükafatı laureatı Kristofer Hempton Məhəmməd Əsəd bəyin bu dünyaca məşhur əsərinin teleekran versiyasının ssenarisini hazırlayacaq.
Britaniyanın “PeaPie Films” şirkəti filmin çəkilişinə dair müəlliflik hüququ əldə edib və yaxın zamanlarda müvafiq işlərə start veriləcək.
Kristofer Hempton “Əli və Nino” əsərinin təsirindən uzun müddət çıxa bilmədiyini deyib:
“Kitabı oxuduğum andan mən bu əsərin neçə gözəl yazıldığına valeh oldum və onun ilk dəfə dərc edildiyi vaxtda olduğu kimi indi də aktuallığını və əks-səda yaratmaq qabiliyyətini saxladığının şahidi oldum”.
Hollywoodreporter.com yazır ki, filmin icraçı prodüsseri Leyla Əliyeva olacaq.
Kristofer Hempton “Təhlükəli əlaqələr” (Dangerous Liaisons) əsərinin teleadaptasiyasına görə 1988-ci ildə Oskar mükafatına layiq görülüb.
Xatırladaq ki, Məhəmməd Əsəd Bəyin Qurban Səid imzası ilə yazdığı bu roman ilk dəfə 1937-ci idə Berlində alman dilində (Qot əlifbasında) çııxıb.
İçərişəhərli müsəlman Əli ilə gürcü qızı Ninonun sevgi macərasından bəhs edən əsərdə XX əsr Azərbaycanının faciəli tarixi də əks olunub.
Roman ilk nəşrindən bu yana dünyanın əksər dillərinə tərcümə edilib və XX yüzilin ən gözəl sevgi romanları sırasında yer alıb.
Məhəmməd Əsəd bəy barədə bir neçə sənədli film çəkilsə də, “Əli Və Nino” bir neçə il öncə Bakıda tamaşaya qoyulsa da (rejissorlar-Elvin Mirzəyev və İmaməddin Həsənov), romandan bədii film çəkmək istəyi zaman-zaman səslənsə də, bu təşəbbüs gerçəkləşməmişdi.
Məhəmməd Əsəd bəyin romanın müəllifi olması da həmişə mübahisələrə səbəb olub.
Ötən il “Azerbaidjan internasional” dərgisinin baş redaktoru Betti Bleyer jurnalın xüsusi nömrəsində romanın Yusif Vəzir Çəmənzəminlinin ola biləcəyini göstərən 101 səbəb açıqlamışdı.