AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Joe Debono Grech (Malta) və Pedro Agramunt (İspaniya) yanvarın sonu - fevralın əvvəllərində Azərbaycana səfər edəcəklər.

Bu barədə «APA»ya həmməruzəçi J.D. Grech məlumat verib:

«Biz 30 yanvar – 1 fevral tarixlərində Azərbaycana gəlməyi planlaşdırırıq. Amma dəqiq tarix hələ müəyyənləşməyib, səfərin tarixini həmkarımla dəqiqləşdirməliyəm. Səfər proqramı da hələlik hazırlıq mərhələsindədir».

AŞPA həmməruzəçiləri Azərbaycana sonuncu dəfə ötən ilin fevralında səfər ediblər.