Neftçiləri daşıyan avtobus kanala düşüb

Yanvarın 9-u səhər saatlarında Salyanda neftçiləri daşıyan avtobus kanala düşüb. Avtobusdakı sərnişinlərdən biri - qazmaçı Elxas Cəfərov suda boğularaq ölüb.

Bu barədə AzadlıqRadiosuna Salyan rayon Polis Şöbəsindən Əlibaxış Məmiyev məlumat verib.

«Salyan OIL»a məxsus avtobusda 20-dək neftçi olub.

Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.