Çeçenistanda azı 1 yaraqlı öldürülüb

Çeçenistanın Vedeno rayonunda keçirilmiş xüsusi əməliyyat zamanı 1 yaraqlı öldürülüb, 5 polis isə yaralanıb.

Bu barədə Çeçenistan prezidenti Ramazan Kadırov məlumat verib.

Onun sözlərinə görə, bazar günü sübh tezdən aşkar edilmiş bir qrup yaraqlıyla atışma davam edir.

Əraziyə əlavə qüvvələr göndərilib.