Kosmik aparat hara düşəcək?

«Fobos-Qrunt»

Parisli həvəskar astronom Thierry Legault Rusiyanın yerə düşməkdə olan «Fobos-Qrunt» kosmik aparatını lentə ala bilib.

2011-ci il noyabrın 9-da Rusiyanın Marsa göndərdiyi kosmik aparat hesablanmış orbitə çatmayaraq yerə düşməkdədir.

Rusiya Federal Kosmik Agentliyinin məlumatına görə, bu aparatın 200 kiloqramlıq hissəsi yanvarın 10-dan 21-ə qədər yerə düşə bilər. Bunun daha çox yanvarın 15-də baş verəcəyi ehtimal edilir.

Agentlik hesab edir ki, aparatın 30-a qədər parçası gəlib yerə çata bilər.

http://www.youtube.com/embed/3qovJoiwCwQ