Aleksey Kudrin MSK sədri Çurovun istefasını təkid edir

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin MSK sədri Vladimir Çurovun istefasını təkid edir.

Kudrin Twitter də yazır ki, Çurova etimadsızlıq, martın 4-də keçiriləcək prezident seçkisinə etimadsızlıq doğurur.

Əgər o istefa verməsə hakimiyyəti pis vəziyyətdə qoyacaq.

Çurov isə bu günlərdə Moskva radiosuna müsahibəsində istefa vermək fikrində olmadığını deyib.

Müxalifət Duma seçkisinin hakim “Vahid Rusiya” partiyasının xeyrinə saxtalaşdırıldığını deyir.