Nigeriyada xristian kilsəsinə hücum olub

Nigeriyanın Gombe şəhərində xristian kilsəsinə silahlı hücum olub. Hücum nəticəsində 6 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

Bu haqda kilsənin keşişi məlumat verib. Onun həyat yoldaşı da ölənlər arasındadır.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.