Yəməndəki döyüşlərdə 20-dən çox adam ölüb

Yəmənin Zinjibar şəhəri ətrafında hökumət qoşunları ilə islamçı yaraqlılar arasında baş verən döyüşdə 20-dən artıq adam həlak olub.

Hakimiyyət orqanlarının verdiyi məlumata görə, ölənlərdən 4-ü hərbçi, qalanları yaraqlılardır.