Çexiya səfirliyi yeni viza sisteminin tətbiqinə başlayır

Çexiya Respublikasının Azərbaycandakı səfirliyi bu ölkəyə uzunmüddətli səfər etmək istəyənlər üçün yeni viza sisteminin tətbiqinə başlayıb.

Yeniliyin məqsədi viza almaq prosedurasını sadələşdirməkdir.

Yanvarın 1-dən etibarən Çexiyaya səfər etmək istəyənlər ərizələrini internet vasitəsilə doldurub müvafiq ünvana çatdıra bilərlər.

Aprel ayından isə yeni sistem tam işə düşəcək. /apa/