Meksikadakı həbsxanada 31 nəfər ölüb

Meksikanın şimalındakı Altamira şəhərində yerli həbsxanada məhbuslar arasında toqquşma olub. 31 nəfər ölüb, 22 nəfər yaralanıb.

Polisin məlumatına görə, toqquşmanı iki cinayətkar qrupun üzvləri təşkil edib. Onlar bıçaq və başqa kəsici alətlərlə silahlanıbmış.

Son vaxtlar Meksika həbsxanalarında münaqişələr tez-tez olur.