Talibançılar 15 hərbçini öldürüb

Pakistanda talibançılar dekabrın sonlarında əsir götürdükləri 15 hərbçini öldürüblər. Bu haqda bu gün talibançıların nümayəndələri məlumat verib. O deyib ki, öldürülən hərbçilərin cəsədləri Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristanda basdırılıb.

Pakistan ordusu komandanlığı məlumatın yoxlanıldığını bildirib.

Hərbçilər dekabrın 22-də əsir götürülmüşdülər.