Bağdadda iki partlayış olub

Bu gün Bağdadda törədilən iki partlayış nəticəsində 6 nəfər ölüb, azı 17 adam yaralanıb.

İraq polisinin məlumatına görə, partlayışlardan biri şiələrin yaşadığı Sadr-sitidə, digəri gecə saatlarında mağazalardan birinin qarşısında olub.