İçərişəhərdə yerləşən Ağa Mikayıl hamamında aparılmış bərpa işləri başa çatıb.
Hamamı XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tikdirib. Bərpa zamanı abidənin sütunları möhkəmləndirilib, fasadı tarixi görkəminə qaytarılıb.
Məşhur «O olmasın, bu olsun» filminin bəzi epizodları burada çəkildiyi üçün hamam «Məşədi İbad hamamı» adlanır.
Tarixi abidə bundan sonra da təyinatı üzrə istifadə olunacaq. O, öz fəaliyyəti həm də turistləri şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək.