HƏFTƏNİN SUALI: Bu, hansı romandandır?

Puzzle

Viktorinamızın ötən həftənin sualına 8 oxucumuz düzgün cavab verib, hamıdan tez cavabı yollayan isə Aysel Əsgərova olub.

Keçən həftə dərc etdiyimiz parça Orxan Pamukun "Məsumiyyət muzeyi" romanından idi.

Aysel 1985-ci il təvəllüdlüdür, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən magistr dərəcəsi alıb.

Onun "Oxu zalı"na dedikləri:

- Orxan Pamuk diqqətimi Nobel mükafatı aldığı ildən - 2006-cil ildən cəlb edib. "Səssiz ev", "Bəyaz qala", "Qar", "Mənim adım qırmızı", "Məsumiyyət muzeyi" bəyəndiyim əsərlərdəndir. Amma, ümumilikdə, Orxan Pamukdan başqa Elif Şafak, Latife Tekin kimi yazarları da çox bəynirəm. Bundan əlavə klassik dünya ədəbiyyatını, Latın Amerikası və yapon ədəbiyyatının nümunələrini də oxumağı sevirəm... Bir kitabı normalda bir neçə günə oxuduğumu nəzərə alsaq, ayda 7-8 kitab oxuya bilirəm. Audio kitablar da dinləyirəm.

Ayseli təbrik edir və bu həftənin sualını elan edirik.

Bu, hansı romandandır?

...and içdim ki, zəkat verəcəm, namaz qılacam. Ramazanda oruc tutacam, Ramazan çıxandan sonra da oruc tutmaqda davam edəcəm. Onun müqəddəs kitabını son sözünə qədər yaddaşıma həkk edəcəm. Səhradakı o istisi nəfəs kəsən şəhərə ziyarətə gedəcəm və bu səcdəni Kəəbənin qarşısında da qılacam. Əgər məni bu arzuma çatdırarsa, bunların hamısını birbəbir edəcəm və indən belə hər gün Onun haqqında düşünəcəm..."

Cavablarınızı gözləyirik.

Viktorinanın qalibinin adını isə gələn həftənin bazar ertəsi elan edəcəyik.