Suriyadakı etiraz aksiyalarında azı 25 nəfər öldürülüb

Dünən Suriyadakı etiraz aksiyalarında azı 25 nəfər öldürülüb.

Hüquq müdafiəçilərinin məlumatına görə, etirazçılara qarşı zorakılıqlar Homs, Deraa, Hama, İdlib şəhərlərində baş verib.

Bir neçə gündür ki, Ərəb Dövlətləri Liqasının müşahidəçiləri bu ərazilərdə monitorinqlər aparırlar. Müxalifətçilər deyir ki, müşahidəçilər gələndə atəş səsləri kəsilir, gedəndən sonra yenə başlayır.

Suriyada mart ayından prezident Bashar Assad əleyhinə etiraz aksiyaları keçirilir. BMT bildirir ki, indiyə qədər 5 mindən artıq adam öldürülüb.