Moskvanın Puşkin meydanında mitinq keçirilib

Moskvanın Puşkin meydanında siyasi məhbuslara azadlıq tələbilə mitinq keçirilib.

Mitinqdə 300-400 arası adam iştirak edib.

Aksiya “Ədalətli Rusiya” partiyasından deputat Sergey Udaltsovun seçicilərlə görüşü çərçivəsində keçirilib.

Mitinqdə deputatlar, hüquq müdafiəçiləri, Bolotnaya və Saxarov meydanındakı nümayişlərin təşkilatçıları çıxış ediblər.