İranın keçmiş xarici işlər naziri 8 il cəza alıb

İranın keçmiş xarici işlər naziri İbrahim Yazdi 8 il azadlıqdan məhrum edilib. O dövlətin təhlükəsizliyini sarsıtmaqda ittiham olunub.

Bu haqda İranın müxalif internet saytları məlumat yayıb. Vəkili bildirib ki, keçmiş nazir məhkəmədə müdafiədən imtina edib.

80 yaşlı İbrahim Yazdi İran müxalifətinin tanınmış liderlərindəndir.