Bu il Əfqanıstanda 540 NATO hərbçisi həlak olub

Əfqanıstanda Amerika hərbçisi

NATO bildirir ki, Əfqanıstanda yol qırağında bomba partlaması nəticəsində 3 əsgəri həlak olub. Hadisə dekabrın 27-də baş verib, amma təfsilatı məlumat verilmir.

Təkcə dekabr ayında xarici hərbi qüvvələrin 23 əməkdaşı öldürülüb. Ümumilikdə isə bu il öldürülənlərin sayı 540-a yaxındır.

Ötən il isə beynəlxalq koalisiya 700-dən çox hərbçisini itirmişdi.