Rafiq Tağının qəbrinin üstü götürülüb

Grave of Azeri author Rafig Tagi

Mərhum yazıçı Rafiq Tağının Bakının “Qurd qapısı” qəbiristanlığındakı məzarının üstü götürülüb. “Media forum” saytının əməkdaşı dekabrın 27-də məzarı ziyarət edib.

Rafiq Tağı bu il noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb.

Noyabrın 23-də xəstəxanada vəfat edib.

Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

İstintaq Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə aparılır.

İnformasiya və foto: Mediaforum