Əfv sərəncamının icrasına başlanıb

Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamının icrasına başlanıb.

Sərəncam ümumilikdə 92 məhkuma şamil edilib. Sərəncam əsasında 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilib.