Nigeriyadakı partlayışı Boko Haram qrupu törədib

Nigeriya paytaxtındakı kilsədə törədilmiş partlayışa görə cavabdehliyi radikal islamçı “Boko Haram” qrupu üzərinə götürüb.

Milad bayramı günü, ibadət vaxtı törədilmiş partlayışda azı 25 adam ölüb.

Həmçinin ölkənin şimal-şərqində iki partlayış törədildiyi xəbər verilir.

Hələlik itki və ya xəsarət alanlar barədə məlumat yoxdur.