Əfqanıstanda 30 yaraqlı öldürülüb

Əfqanıstanın müxtəlif rayonlarında 30 yaraqlı öldürülüb,7-si ələ keçirilib.

Əfqanıstan və NATO qüvvələrinin 24 saat ərzində keçirdikləri 11 reyd zamanı xeyli silah və sursat aşkar edilib.

NATO komandanlı hərbi vertolyotun Helmand əyalətində qəzalı eniş etdiyini xəbər verir.

Vertolyot yerdən atəşə tutulub.
Xəsarət alan olmayıb.