Moskvada başlanan mitinqə artıq 30 mindən çox adam yığışıb

Moskvanın Saxarov prospektində “Ədalətli seçki” tələbilə mitinq başlanıb.

AzadlıqRadiosunun müxbirinin məlumatına görə, hazırda mitinqə 30 minədək adam yığışıb, kütlə artmaqda davam edir.

Məlumatlara görə keçmiş maliyyə naziri Aleksey Kudrində camaatın arasındadır.