Ələt-Astara magistralında dairəvi yolun açılışı olub

Dekabrın 23-də prezident İlham Əliyev Ələt-Astara yolunun 9-cu kilometrliyində yeni salınmış dairəvi yolun və iki yol qovşağının açılışında iştirak edib.

Ümumi uzunluğu 9 kilometr və 4 zolaqdan ibarət olan dairəvi yol birinci dərəcəlidir.

Yol üzərində tikilmiş 2 qovşaq isə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin edir.