Suriyanın paytaxtında 2 partlayış olub

Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik xidmətinin iki şöbəsinin qarşısında partlayış olub. Suriyanın dövlət televiziyası partlayışların arxasında “Əl-Qaidə”nin dayandığını bildirib.

Suriya hüquq müdafiəçiləri şahidlərə istinadən bildiriblər ki, partlayışlardan sonra atışma olub.

Homs və İdlib əyalətlərində hökumət qoşunları ilə etirazçılar arasında davam edən qarşıdurmalarda 6 adam həlak olub.