TQDK sədri: Dərsliklərdəki səhvləri ictimai müzakirəyə çıxarmaq lazımdır

Məleykə Abbaszadə

«Orta məktəb dərsliklərində buraxılan səhvləri ictimai müzakirəyə çıxarmaq lazımdır. Çünki hər bir ailədə kimsə orta məktəbdə oxuyur. Bu hər bir ailəyə aid olan məsələdir».

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, bu məsələlərə diqqət yetirilmir.

«Amma həmin məsələ mənim dilimdən səslənəndə, ona siyasi don geyindirirlər və qısqanclıqla yanaşırlar. Mən bu fikirləri mütəxəssislərə istinadən deyirəm və çıxış yolunu da göstərirəm. Çıxış yolu bizim dərc etdiyimiz vəsaitlərdir», - TQDK sədri bildirib.

M.Abbaszadə bundan əvvəl də dərsliklərdə problemlərin olduğunu bildirmişdi. Ancaq Təhsil naziri Misir Mərdanov bunu təkzib edirdi. /Trend/