Rusiya əhalisinin 1/3-dən çoxu etiraz aksiyasına çıxa bilər

Bunu “İctimai rəy” formunun bu günlərdə keçirdiyi sorğunun nəticələri göstərir.

Rusiya müxalifəti dekabrın 24-də ölkənin müxtəlif şəhərlərində Duma seçkisinin nəticələrinə etiraz olaraq aksiyalara çıxmağı planlaşdırır.

Dekabrın 10-da Moskvanın Bolotnaya meydanında keçirilmiş ilk mitinqdə 10 minlərlə adam iştirak edib.

Müxalifət dekabrın 4-də keçirilmiş seçkinin saxtalaşdırıldığını deyir.