Cəbhə xəttində mülki şəxs yaralanıb

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki şəxs yaralanıb.

Hadisə dekabrın 22-si saat 13:00 radələrində baş verib.

Ağdam rayon Orta Qərvənd kənd sakini Elmira Həsənova kənddəki qəbiristanlıqda yaxınlarının məzarını ziyarət edərkən ayağından yaralanıb.

Yaralı rayondakı mərkəzi xəstəxanaya yerləşdirilib.